"KUB-2-2E" döyüş sursatları dəstənin bir hissəsi kimi zərbə missiyalarını yerinə yetirə bilər.
Herbiand.az xəbər verir ki, bu barədə “Rosoboroneksport”un strategiya və inkişaf üzrə direktor müavini Vasili Kruqlov Beynəlxalq Kollektiv Təhlükəsizlik Forumunda bildirib.
O, deyib ki, "Kub-2-2E” 40 kilometrə qədər məsafədə hədəfin etibarlı şəkildə məhv edilməsini təmin edir: “Döyüş başlığı 4,6 kiloqramdır. Sürü halında istifadəsi mümkündür”.
Tədbir zamanı nümayiş etdirilən slaydda onun uçuş sürəti 100-150 km/saat göstərilib. “KUB-2-2E” 25 dəqiqə havada qala bilir.
Bəxtiyar CƏFƏRLİ