Azərbaycanlı yoqa ustası Sahib Xudaverdiyev sosial şəbəkə hesabında qəribə paylaşım edib.
"Bakupost" xəbər verir ki, o, dünyada qlobal proses başladığını deyib və bu səbəbdən Hindistandan Azərbaycana qayıtdığını bildirib.
“Dostlar, gecə ilə Hindistanı tərk edirəm. Düşünürəm ki, bu xəbər hələ Azərbaycana çatmayıb. Danışdığım tanışlarım da belə bir məlumatın olmadığını dedilər, amma dünyada COVID pandemiyasından da ağır nəticələrə səbəb ola biləcək bir hadisə başlayır.
Artıq proses start götürüb. ABŞ-da bütün təyyarə reyslərinin dayandırılması, bank sisteminin fəaliyyətində yaranan problemlər, “Microsoft” sisteminin çökməsi və gəmiçiliklə bağlı müəyyən hadisələr ciddi narahatlıq doğurur. Hazırda hər kəs olduğu yerdən öz ölkəsinə qayıtmağa çalışır. Bu videonu xəbəri paylaşın”, – S.Xudaverdiyev vurğulayıb.
Qeyd edək ki, ABŞ-da təyyarə reyslərinin müvəqqəti dayandırılması, “Microsoft” sistemində qlobal nasazlıq və bəzi bankların fəaliyyətində yaranan problemlər real hadisələrdir. Lakin bunların bir-biri ilə əlaqəli olduğu və ya qlobal fəlakətin başlanğıcı olduğu barədə təsdiqlənmiş məlumat yoxdur. Bununla yanaşı, artıq sözügedən problemlərin aradan qaldırıldığı bildirilir.