Rusiyanın Novosibirsk şəhərindən olan 26 yaşlı Daniil Paraqvaya səyahəti zamanı yerli cinayətkar qruplaşmanın əsirliyinə düşüb.
Lakin rusiyalı turist üç gün sonra qaçaraq xilas olmağı bacarıb.
Herbiand.az-ın məlumatına görə, gənc ilk dəfə xarici ölkəyə səfər etmək qərarına gəlib və Paraqvayın paytaxtı Asunsiona yollanıb.
O, səfər zamanı maddi çətinliklərlə üzləşib, bir müddət küçədə gecələyib, daha sonra yerli sakinlərlə tanış olaraq kirayə mənzildə yaşamağa başlayıb.
2026-cı ilin oktyabrında Rusiyaya qayıtmağa hazırlaşan Daniil futbol matçı izlədiyi qonşularından birinin evində gecələmək istəyib, lakin səhər çantalarının və sənədlərinin yoxa çıxdığını görüb.
Bu barədə ev sahibindən izahat tələb etdikdə onu silahlı şəxslərin olduğu həyətə aparıblar. Rusiyalı turisti pul, bank kartları, eləcə də qohumları barədə sorğu-suala tutublar.
Onu üç gün ərzində otaqda ac-susuz otaqda saxlayıb, silahlı şəxslər isə ona soyuq silahlarla psixoloji təzyiq göstəriblər.
Mühafizəçilərin diqqətinin yayındığı məqamdan istifadə edən Daniil bir nəfərə butulka ilə zərbə endirib, digərini şüşə qırığı ilə yaralayaraq açıq darvazadan qaçıb və sonradan yerli sakinlərin köməyi ilə polisə çatdırılıb.
Daha sonra Rusiya səfirliyinə müraciət edən Daniil anası ilə əlaqə saxlayıb, sənədlərini geri alaraq vətənə qayıdıb.
O, başına gələnlərin Paraqvayda fəaliyyət göstərən və radikal futbol azarkeşləri ilə əlaqəsi olduğu iddia edilən cinayətkar klanın əməlləri ilə bağlı olduğunu bildirib.
Aydın