Kral Kanada Hərbi Dəniz Qüvvələri Arktika zonasının 6-cı və sonuncu olan “Robert Hampton Gray” patrul gəmisini istismara verib.
Herbiand.az bildirir ki, mərasim Britaniya Kolumbiyasının Viktoriya şəhərində baş tutub.
Gəmi Arktika daxil olmaqla ərazi sularında patrul xidməti göstərmək üçün nəzərdə tutulub . Həmçinin, xarici tərəfdaşları dəstəkləmək, humanitar yardım, fəlakətlərin aradan qaldırılması və narkotik əleyhinə əməliyyatlar üçün xaricdəki missiyalar üçün uyğundur.
Silahlanmaya Britaniya BAE Systems şirkətinin 25 mm-lik Mk.38 artilleriya sistemi və iki Amerika 12,7 mm-lik “Browning M2” pulemyotu daxildir. Göyərtədə CH-148 “Siklon” və ya CH-149 “Kormorant” tipli bir helikopter yerləşə bilər.
Bəxtiyar CƏFƏRLİ