Advertisment

Rus ordusu Ukraynada pilotsuz artilleriyanı sınaqdan keçirir

Xüsusi hərbi əməliyyat (XHƏ) zonasında pilotsuz platformalara malik artilleriya sistemlərinin sınaqdan keçirilməsinə başlanılıb.

Herbiand.az xəbər verir ki, bu barədə raket qoşunları və artilleriya komandanlığının rəisi, general-polkovnik Dmitri Klimenko "Krasnaya zvezda" qəzetinə bildirib.

General qeyd edib ki, qoşunlar keyfiyyətcə yeni bir vəziyyətə - kəşfiyyat və atəş sisteminə keçidin son mərhələsindədirlər: “Bu da kəşfiyyat-aşkarlama-məhv etmə dövrünü kəskin şəkildə qısaldır və döyüş meydanında şəxsi heyətin sağ qalmasını artırır”.

Bəxtiyar CƏFƏRLİ