Advertisment

Rusiya səfirliyi Qazaxıstanda Qırmızı Ordu abidəsinin təhqir edilməsini pisləyib

Jambıl vilayətinin Taraz şəhərində 72 naməlum Qırmızı Ordu əsgərinin abidəsinin təhqir edilməsi ekstremist hərəkətdir.

Herbiand.az xəbər verir ki, bu barədə Rusiyanın Qazaxıstandakı səfirliyi Telegram kanalında bildirib.

Qeyd olunub ki, abidə Böyük Vətən Müharibəsi illərində Qırmızı Ordu əsgərlərinin xatirəsini yad edir: "Biz bu hadisəni sadəcə vandalizm aktı kimi deyil, həm də Rusiya və Qazaxıstanın ortaq qəhrəmanlarının xatirəsini təhqir etmək və Qazaxıstan cəmiyyətində nifaq salmaq məqsədi ilə həyata keçirilən siyasi ekstremist hərəkət kimi qəbul edirik".

Səfirlik bildirib ki, hadisənin məqsədi Rusiya ilə Qazaxıstan arasındakı müttəfiqlik münasibətlərinə xələl gətirməkdir. Moskva Astananın bu hadisəyə müvafiq reaksiya verməsini gözləyir.

Bəxtiyar CƏFƏRLİ