Ermənistan Qərbin sanksiyaları ilə bağlı risklərin aradan qaldırılması mümkün olarsa, İran nefti əsasında neft emalı zavodunun tikintisi layihəsini hazırlamağa hazırdır.
Herbiand.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə bildirib.
Onun sözlərinə görə, 2023–2024-cü illərdə Ermənistan zavod üçün avadanlıqları Qərb istehsalçılarından almağa cəhd edib, lakin sanksiya riskləri ilə üzləşib.
Paşinyan qeyd edib ki, layihənin gələcəyi ABŞ və Avropa İttifaqı ilə aparılacaq danışıqlardan asılıdır.