Advertisment

Ərəb Koalisiyası Yəməndə husilərə qarşı hərbi əməliyyata başlayıb

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyası husi üsyançılarının mülki əhalini və yaşayış məntəqələrini hədəf almasına cavab olaraq Yəməndə hərbi əməliyyatlara start verib.

Herbiand.az xəbər verir ki, koalisiyanın sözçüsü briqada generalı Turki əl-Malikinin sözlərinə görə, əməliyyatdan əvvəl mülki şəxslərə təhlükəsizlik məqsədilə Hodeyda şəhərindəki Ras İsa limanını tərk etmək barədə xəbərdarlıq edilib.

Husilər isə Hudeydəyə hücum olacağı təqdirdə Səudiyyə Ərəbistanının Ciddə, Yanbu, Cazan və Kral Fəhd limanlarına zərbə endirəcəkləri ilə hədələyiblər.