Advertisment

Hava kəskin dəyişir: temperatur 5-8 dərəcə enəcək, dağlarda qar gözlənilir

Noyabrın 30-dan dekabrın 2-si gündüzədək Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yarımadanın bəzi ərazilərində yağıntıların intensiv və leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimal edilir.

Ölkənin rayonlarında isə noyabrın 29-u axşamdan dekabrın 2-si axşamadək fasilələrlə yağıntılı hava şəraiti hökm sürəcək. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı və şimşək çaxacağı proqnozlaşdırılır.

Yağıntılar nəticəsində çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna edilmir.

Qeyri-sabit hava şəraiti ilə əlaqədar havanın temperaturunun əvvəlki günlərlə müqayisədə tədricən 5–8 dərəcə aşağı düşəcəyi bildirilir.

Aydın

Herbiand.az