Advertisment

Silah istehsalçılarının gəlirləri artır - SIPRI

Dünyadakı 100 silah və silahlara xidmət şirkətlərinin gəlirləri 2023-cü ildə əvvəlki ilə nisbətən real ifadədə 4,2% artaraq 632 milyard dollara çatıb.

Herbiand.az xəbər verir ki, bu barədə məlumat Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) bu gün dərc edilmiş son hesabatında yer alıb.

SIPRI-nin müəyyən etdiyi kimi, gəlir artımı bütün dünyada müşahidə olunub. Rusiya və Yaxın Şərq şirkətlərinin gəlirləri isə xüsusilə kəskin artıb. Ümumilikdə, hesabatda qeyd olunur ki, kiçik silah istehsalçıları Qəzza zolağı və Ukraynadakı müharibələr, Şərqi Asiyada artan gərginlik və digər region və ölkələrdə hərbi yenidən təchizat proqramları ilə bağlı yeni tələbata daha effektiv cavab veriblər.

SIPRI analitiklərinin fikrincə, 100 qlobal şirkətinin silah satışından əldə etdiyi ümumi gəlir 2022-ci ildə azalmışdısa 2023-cü ildə kəskin artıb.