Advertisment

“Murov qartalı”nın xatirəsi yad edilib

Bu gün “Murov qartalı”, əfsanəvi kəşfiyyatçı, şəhid polkovnik-leytenant Raquf Orucovun anım mərasimi keçirilib.

Herbiand.az xəbər verir ki, 2016-cı ildə aprel döyüşlərində qəhrəmanlıqla şəhid olan Raquf Orucov, istər hərbi hissə komandiri olan zaman, istərsə də ondan əvvəl həm zabit yoldaşları, həm də əsgərlər arasında xüsusi hörmətə sahib olan komandir kimi adını Azərbaycan Ordusunun tarixinə əbədi yazıb.

Murov kimi çətin bir mövqedə xidmnəti dövründə həyata keçirdiyi kəşfiyyat əməliyyatları onun “Murov qartalı” kimi əbədi bir zirvəyə qaldırıb.  

Raquf Orucovun kəşfiyyat əməliyyatlarını Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən həmişə yüksək qiymətləndirilib.

Sumqayət Şəhidlər Xiyabanında  Raquf Orucovun xatirəsinə həsr olunan tədbirrdə ilk çıxış edən “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctinmai Birliyinın sədri Emin Həsənli əvvəlcə aprel döyüşlərinin tarixi əhəmiyyətini yada saldı. Daha sonra o, Raquf Orucovun döyüş yolu, onun həyata keçirdiyi əfsanəvi kəşfiyyat əməliyyatlarından danışdı.

Emin Həsənli Raquf Orucovun xidmətlərinə dövlət tərəfindən həmişə yüksək qiymət verildiyini bildirdi.

Tədbirdə Milli Məclisin deputatı Elman Məmmədov, Ağdam icra hakimiyyəti başçısının birinci müavini Xəqani Nəzərov, Sumqayıt icra hakimiyyətinin rəsmiləri, Raquf Orucovun xanımı, “Zəfər” İctimai Birliyinin sədri Sevinc Orucova, Qarabağ qazisi Ədalət Məhərrəmov, din xadimi Hacı Rövşən,  aprel döyüşlərinin iştirakçısı, ehtiyatda olan baş leytenant  Əhliyət Mehdiyev, aprel döyüşlərinin iştirakçıları, ictimaiyyət nümayəndələri, Raquf Orucovun adını daşıyan məktəbin şagirdləri  iştirak edirdi.

Çıxış edənlər aprel döyüşləri, Raquf Orucov brədə fikirlərini bildirdi.