Advertisment

Czechoslovak Group PUA bazarına daxil olur

Çexiya və Slovakiyanın aparıcı silah istehsalçılarını birləşdirən Czechoslovak Group (CSG) müdafiə sənayesi AviaNera Technologies törəmə müəssisəsini yaratmaqla pilotsuz uçan təyyarələr bazarına daxil olduğunu elan edib. Bu müəəsisə, eyni zamanda Ukraynanın əsas silah tədarükçüsüdür.

Herbiand.az bildirir ki, bu barədə Czechoslovak Group məlumat yayıb.

Czechoslovak Group-un sahibi Mixail Strnada deyib ki, son bir neçə il ərzində şirkət kiçik çaplı döyüş sursatlarının istehsalında güclü mövqe qazanıb. Hazırda isə diqqətini hərbi pilotsuz təyyarələrə və ümumiyyətlə müasir silah sistemlərinə yönəldir.

Müdafiə sənayesi, həmçinin reaktiv mühərriklər də daxil olmaqla müxtəlif tipli PUA mühərriklərinin istehsalına diqqət ayırmağı planlaşdırır. Mütəxəssislər bu cür məhsullara tələbatın artdığını nəzərə aldıqda, bunun məntiqli addım olduğunu deyirlər.

Bəxtiyar CƏFƏRLİ