Advertisment

Trampın Putinə münasibətinin dəyişdiyi an - CNN-in şərhi

ABŞ prezidenti Donald Trampın Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsindən, hətta Ağ Evin özündə belə, bir çoxları təəccübləndi.

Herbiand.az xəbər verir ki, Trampın rəyinin dəyişməsinin səbələri barədə CNN-n yaydığı məlumatda deyilir ki, Alyaska sammitindən sonra Putinin mövqeyinin əhəmiyyətli dərəcədə dəyişmədi.

Ağ Evin yüksək vəzifəli rəsmisinin sözlərinə görə, Trampın fikrini kəskin şəkildə dəyişən heç bir konkret an olmayıb.

CNN-in məqaləsində deyilir: "Tramp aylardır müşavirlərinə deyirdi ki, bir gün Rusiyaya qarşı daha qətiyyətli tədbirlər görməyin vaxtı çatdığına qərar verəcək. İndi isə prezident 'instinktlərinin' ona Putinlə fərqli bir istiqamətdə hərəkət etməyin vaxtı çatdığını söylədiyini işarə edib."

Məlum olduğu kimi, sanksiyaların elan edilməsindən bir neçə saat əvvəl Rusiya Xarkovda bir uşaq bağçasına zərbə endirib.

Ağ Ev rəsmisi bildirib: "Bu Rusiyanın Ukraynanı kütləvi şəkildə bombalamağa davam etməsini izləməyin kulminasiya nöqtəsi idi".

Bundan əlavə, qeyd olunur ki, Tramp bu addımları atmağa Qəzzada qazandığı uğurla motivasiya olunub və onun fikrincə, bu, yalnız İsrailin Baş naziri Benyamin Netanyahuya getdikcə daha sərt təzyiq göstərildikdən sonra mümkün olub.

Rəsmi şəxs bildirib ki, "Sərtlik hərəkətə keçməyə səbəb olub".