Advertisment

Fransa Müdafiə Naziri Zelenskini öldürülmüş karikaturaçı ilə səhv salıb

Fransa Müdafiə Naziri Katrin Votren Ukrayna Prezidenti Vladimir Zelenskini Charlie Hebdo jurnalının öldürülmüş karikaturaçısı Jorj Volinski ilə səhv salıb.

Herbiand.az bildirir ki, bu barədə Le Matin qəzeti məlumat yayıb.

Zelenskinin Fransaya səfəri zamanı Votren onu “Müsyö Volinski” adlandırıb.

Qeyd edək ki, Jorj Volinski 28 iyun 1934-cü ildə anadan olub. Onun ilk komiksləri 1958-ci ildə Rustica jurnalında dərc olunub. 1960-cı ildə onun rəsmlərini Fransua Kavanna görüb və bundan sonra Hara-Kiri jurnalına dəvət edib.

Volinski 2015-ci il yanvarın 7-də Charlie Hebdo jurnalının Parisdəki qərargahında baş verən atışmada öldürülüb. Əl-Qaidə üzvlərinin hücumu nəticəsində 12 nəfər ölüb, 11 nəfər yaralanıb.

Bəxtiyar CƏFƏRLİ