Advertisment

Beynəlxalq və ölkə səviyyəli tədbirlərlə əlaqədar xərc normaları artırılıb

Dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən beynəlxalq və ölkə səviyyəli tədbirlərin keçirilməsi, habelə xarici ölkələrin nümayəndə heyətlərinin və rəsmi şəxslərinin qəbulu, onlara xidmət göstərilməsi üçün büdcə vəsaitlərinin xərc normaları artırılıb.

Herbiand.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.

Qərara əsasən, xərc normaları aşağıdakı kimi olacaq:

 

 
 

2

 

Sıra

№-si

Xərclər

Xərc normalarının yuxarı həddi

1. Yemək xərcləri (1 nəfər üçün)

1.1.

nahar yeməyi

90 manat

1.2.

şam yeməyi

120 manat

1.3.

ziyafət (tədbir ərzində 2 dəfədən artıq olmamaq şərtilə)

180 manat

 

1.4.

gün ərzində tədbirin təşkili ilə bağlı cəlb olunan yardımçı

heyət (sürücülər, könüllülər, təhlükəsizlik işçiləri və s.) üçün yemək xərci

 

30 manat

1.5.

gün ərzində danışıqlar, mədəni tədbirlər zamanı çay, qəhvə fasiləsi və qəlyanaltı

30 manat

2. Dəftərxana xərcləri (1 nəfər üçün)

 

2.1.

nümayəndə heyətinin rəhbəri, nazirlər və onlara bərabər

tutulan şəxslər, sabiq dövlət və hökumət başçıları, deputatlar, fəxri qonaqlar üçün

 

80 manat

2.2.

nümayəndə heyətinin üzvləri üçün

40 manat

3. Azərbaycan Respublikasının tarixini və mədəniyyətini təcəssüm etdirən xatirə hədiyyələrinin alınması xərcləri (1 nəfər üçün)

3.1.

nümayəndə heyətinin rəhbəri, nazirlər və onlara bərabər

tutulan şəxslər, sabiq dövlət və hökumət başçıları, deputatlar, fəxri qonaqlar üçün

200 manat

3.2.

nümayəndə heyətinin üzvləri üçün

70 manat

 

İndiyə qədər xərc normaları aşağıdakı kimi olub:

Sıra №-si

Xərclər

Xərc normaları

1

2

3

2. Yemək xərcləri (1 nəfər üçün)

2.1.

nahar yeməyi

60 manata qədər

2.2.

şam yeməyi

80 manata qədər

2.3.

ziyafət (tədbir ərzində 2 dəfədən artıq olmamaq şərtilə)

120 manata qədər

2.4.

gün ərzində tədbirin təşkili ilə bağlı cəlb olunan yardımçı heyət (sürücülər, könüllülər, təhlükəsizlik işçiləri və s.) üçün yemək xərci

20 manata qədər

2.5.

gün ərzində danışıqlar, mədəni tədbirlər zamanı çay, qəhvə fasiləsi və qəlyanaltı

20 manata qədər

3. Dəftərxana xərcləri (1 nəfər üçün)

3.1.

nümayəndə heyətinin rəhbəri üçün

60 manata qədər

3.2.

nümayəndə heyətinin üzvləri üçün

30 manata qədər

4. Azərbaycan Respublikasının tarixini və mədəniyyətini təcəssüm etdirən xatirə hədiyyələrinin alınması xərcləri (1 nəfər üçün)

4.1.

nümayəndə heyətinin rəhbəri üçün

150 manata qədər

4.2.

nümayəndə heyətinin üzvləri üçün

50 manata qədər

 

Qeyd edək ki, indiyə qədər qüvvədə olan qərara əsasən, xarici ölkələrin nümayəndə heyətlərinin qəbulu ilə əlaqədar nahar, şam yeməyi, habelə ziyafət verilməsi zamanı Azərbaycan Respublikası tərəfindən iştirakçıların sayı xarici nümayəndə heyəti üzvlərinin sayından çox olmamalı idi. Dəyişikliyə əsasən, bu halda Azərbaycan Respublikası tərəfindən iştirakçıların sayı xarici nümayəndə heyəti üzvlərinin sayının 1,5 mislindən çox olmamalıdır.