Advertisment

Ermənistan silaha nə qədər pul xərcləyir?

Ermənistan öz hərbi sənayesini fəal şəkildə inkişaf etdirir.

Herbiand.az xbər verir ki, "AzPost" portalının araşdırmasına əsasən 2022-ci ildə yerli istehsalçılardan hərbi sənaye ilə bağlı sifariş üçün cəmi 14 milyon dollar ayrılsa da 2025-ci ildə bu rəqəm 440 milyon dollara çatıb. Bu, 30 dəfədən çox ciddi artımdır.

Brüssel Münaqişə Araşdırmaları Mərkəzi (BCCS) qlobal hərbiləşdirmə indeksinə görə, Ermənistan dünyanın ən hərbiləşdirilmiş ölkələrindən biridir.

BCCS qlobal hərbiləşdirmə indeksini tərtib edir. Mərkəzin məlumatına görə, Ermənistan dünyada İsrail, Livan və Ukraynadan sonra dördüncü yerdədir. Bu indeks birbaşa hərbi gücü əks etdirmir; hərbi sektorun iqtisadiyyata və cəmiyyət üzərində yükünü göstərir.

Müqayisə üçün deyək ki,  Azərbaycanın hərbi xərclər büdcənin 20%-nə çatsa da, bu indeksdə ilk “onluğa” belə daxil deyil.

Aktiv silah alışlarına baxmayaraq, əksər müqavilələrin məzmunu hətta parlamentdən belə gizli saxlanılır.

Ermənistanın bu günə olan xarici borcu 8 milyard dollara çatıb. Baş nazir büdcə ilə bağlı parlament dinləmələri zamanı bunun səbəbləri açıqlayıb və etiraf edib ki, silah alıblar. “Bizi borcun 8 milyard dollara çatmasına görə tənqid edirlər. Bu vəsaitlə nə etdik? Silah aldıq. Borc götürülmüş vəsaitlə? Bəli. Çünki bizə çoxlu silah lazım idi”- deyə “sülhpərvər” Paşinyan tribundan deyib.

Hərbi ekspertlərin fikrincə, mövcud tendensiyalara əsasən, Ermənistan getdikcə daha çox yeni satınalmalarını nümayiş etdirəcək. Paşinyan daha çox milli müdafiədən danışır və sələflərini hərbi məğlubiyyətlərə görə tənqid edir. Bununla mövcud kursun uğurlarını nümayiş etdirmək üçün siyasi imperativ yaradır.