"Ankara Ermənistanla diplomatik əlaqələri yalnız Azərbaycanla yekun sülh müqaviləsi imzalanandan sonra normallaşdırmağa hazırdır”.
Herbiand.az xəbər verir ki, bu fikirləri Türkiyənin Xarici işlər naziri Hakan Fidan bildioriob.
Onun sözlərinə görə, əgər bu mərhələdə Türkiyə- Ermənistan münasibətləri normallaşarsa, bu, Ermənistan üçün Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün əsasları azaldacaq və nəticədə bölgədə “donmuş münaqişə” riski yarana bilər.
“Biz bunu istəmirik. Vaşinqtondakı danışıqlarda iki məsələ müzakirə olunmayıb: Zəngəzur dəhlizi və Ermənistanın konstitusiyası ilə bağlı bəzi məsələlər. Bu məsələlər həll olunub yekun sülh müqaviləsi imzalanandan sonra Türkiyə sərhədlərini Ermənistanla açacaq".