Advertisment

Rusiya “Kinjal” raketləri ilə Ukrayna ordusunun hədəflərinə kütləvi zərbə endirib

Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin hədəflərinə “Kinjal” hipersəs raketləri də daxil olmaqla kütləvi zərbə endirib.

Herbiand.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, zərbələr Ukraynanın Rusiya ərazisindəki mülki hədəflərə qarşı hücumlarına cavab olaraq endirilib: “Rusiyada mülki hədəflərə qarşı Ukraynanın terror hücumlarına cavab olaraq, bu səhər Rusiya Silahlı Qüvvələri Ukrayna ordusunun əməliyyatlarını dəstəkləyən hərbi-sənaye və enerji obyektlərinə, eləcə də qərbi Ukraynadakı uzaqmənzilli dron anbarlarına “Kinjal” hipersəsli aeroballistik raketlər və pilotsuz uçuş aparatları da daxil olmaqla, uzunmənzilli hava və dəniz əsaslı dəqiq silahlarla kütləvi zərbə endirib. Zərbənin hədəflərinə nail olunub, bütün təyin olunmuş obyektlər vurulub”.

Bəxtiyar CƏFƏRLİ