Gürcüstan Azərbaycan və Ermənistan arasında sülh bəyannaməsinin paraflanmasını alqışlayır.
Bunu Gürcüstan Prezidenti Mixeil Kavelaşvili erməni həmkarı Vaaqn Xaçaturyanla keçirdiyi təkbətək görüşdə deyib.
O bildirib ki, Gürcüstan Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olunmasını qətiyyətlə dəstəkləyir və bu prosesə lazım gəldikə bundan sonra da töhfə verməyə hazırdır.