Advertisment

İspaniyada yeni nəsil 2-ci sualtı qayıq suya salınıb

İspaniya Hərbi Dəniz Qüvvələri üçün nəzərdə tutulmuş ikinci S-80 (“Isaac Peral”) sinifli dizel-elektrik sualtı qayığı suya endirilib. Mərasim Kartaxenadakı Navantia gəmiqayırma zavodunda baş tutub.

Herbiand.az bildirir ki, S-82 “Narsis Monturiol” suda tamamlanacaq, sonra lövbər salma və dəniz sınaqlarından keçəcək.

İspaniya Hərbi Dəniz Qüvvələri 2004-cü ildə Navantia ilə 4 yeni nəsil qeyri-nüvə sualtı qayığının tədarükü üçün müqavilə imzalayıb.

S-80 sinifli sualtı qayıqların gövdəsinin uzunluğu 80,1 metr, eni 7,3 ​​metrdir. Suya maksimum enmə dərinliyi 460 metr, kruiz mənzili 5000 mildir.

Silahlanmaya DM2A4 torpedaları üçün altı ədəd 533 mm-lik torpedo borusu, həmçinin “Harpoon” gəmi əleyhinə raketlər daxildir.

Bəxtiyar CƏFƏRLİ