Advertisment

“C-130” hərbi yük təyyarəsinin qəzaya uğramasının səbəbi hərtərəfli araşdırılır

“Türkiyəyə məxsus “C-130” hərbi yük təyyarəsinin Gürcüstanda qəzaya uğramasının səbəbinin müəyyənləşdirilməsi istiqamətində hərtərəfli araşdırma aparılır”.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində (TBMM) hakim “Ədalət və İnkişaf” partiyasının iclasında çıxışı zamanı danışıb.

Onun sözlərinə görə, ölkənin Milli Müdafiə Nazirliyi məsələ ilə bağlı ictimaiyyətə detallı açıqlama verəcək.

Xatırladaq ki, noyabrın 11-də Azərbaycan-Gürcüstan sərhədində Türkiyə Silahlı Qüvvələrinə məxsus “C-130” tipli təyyarə qəzaya uğrayıb. Nəticədə təyyarədə olan 20 hərbçi həlak olub.