Polşa Qdanskda yerləşən ölkədəki sonuncu Rusiya baş konsulluğuna verdiyi səlahiyyətləri ləğv edəcək.
Herbiand.az xəbər verir ki, bu barədə Polşa xarici işlər naziri Radoslav Sikorskinin bu sözlərini Polşanın RMF24 radiostansiyası yayıb.
Siyasətçinin sözlərinə görə, qərar Rusiyanın "dayanmaması" və əksinə "Polşaya qarşı təxribat hücumlarını" gücləndirməsi səbəbindən verilib.
"Casusluq və təxribatın məqsədi insan tələfatına səbəb olursa deməli biz təxribatla deyil, dövlət terrorizmi ilə qarşı-qarşıyayıq. Buna görə də mən Qdanskdakı sonuncu Rusiya konsulluğuna verilən səlahiyyətləri ləğv etmək qərarına gəldim".
Polşa xarici işlər naziri əlavə edib ki, Rusiya tərəfinə qərar barədə məlumat verən rəsmi nota yaxın saatlarda Rusiya tərəfinə göndəriləcək.
Polşa tərəfinin qərarını şərh edən Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, "qarşılıqlı tədbir olaraq Rusiya tərəfi Polşanın Rusiyadakı diplomatik və konsulluq mövcudluğunu azaldacaq". Hazırda ölkədəki yeganə Polşa baş konsulluğu İrkutskda fəaliyyətini davam etdirir.