Ermənistan Prezidenti Vahaqn Xaçaturyan rəsmi səfərlə Tbilisiyə gəlib. Onu hava limanında Gürcüstanın xarici işlər naziri Maka Bojorişvili, Gürcüstan Prezidentinin Administrasiyasının rəhbəri Ketevan Kvinikadze və digər rəsmi şəxslər qarşılayıblar.
Herbiand.az erməni mənbələrinə istinadən xəbər verir ki, Vahaqn Xaçaturyanın rəhbərlik etdiyi nümayəndə heyətinə iqtisadiyyat naziri Gevorq Papoyan, xarici işlər nazirinin müavini Vahaqn Kostanyan, parlament üzvü Şirak Torosyan və başqaları da daxildir.
Səfər çərçivəsində Ermənistan Prezidenti Vahaqn Xaçaturyanın Gürcüstan Prezidenti Mixeil Kavelaşvili, baş nazir İrakli Kobaxidze və Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili ilə görüşəcək.