Advertisment

ABŞ Ordusunun rəhbərliyi Kiyevə gözlənilməz səfərlə gəlib

ABŞ ordu naziri Den Driskol və Baş Qərargah rəisi general Rendi Corc Kiyevə gözlənilməz səfərlə gəliblər.

Herbiands.az xəbər verir ki, bu barədə "Politico" qəzeti məlumat verib.

Nəşr qeyd edir ki, bu, Maliyyə Naziri Skott Bessentin fevral ayında Kiyevə səfərindən bəri bu səviyyədə ilk səfərdir.

Driskol və Corc noyabrın 19-da Ukrayna hərbi liderləri, qanunvericilər və Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlara başlayacaqlar. Görüşlər Rusiyanın Ukraynaya hücumlarının artması və Qərb müttəfiqlərinin Kiyevə hərbi dəstək vermək üçün yeni yollar axtarması fonunda keçiriləcək.