Advertisment

İsrail “Dəmir şüa” lazer HHM sistemini hərbçilərə verməyə hazırlaşır

İsraildə lazer texnologiyasından istifadə etməklə “Dəmir şüa” adlı yeni qabaqcıl hava hücumundan müdafiə sisteminin hazırlanması başa çatdırılıb.

Herbiand.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin müdafiə tədqiqat və inkişaf idarəsinin rəhbəri Daniel Qold bildirib.

O, qeyd edib ki, sistemin effektivliyini təsdiqləyən hərtərəfli sınaqların uğurla başa çatmasından sonra Müdafiə Nazirliyi “Dəmir şüa”nı İsrail Müdafiə Qüvvələrinə təhvil verməyə hazırdır. Çatdırılmaya 30 dekabr 2025-ci ildə başlamaq planlaşdırılır.

Qeyd etmək lazımdır ki, “Dəmir şüa” sistemi lazer şüalarından istifadə edərək yaxın mənzilli raketləri, minaatan və artilleriya mərmilərini ələ keçirmək üçün nəzərdə tutulub. Həmçinin, bu sistemin kiçik pilotsuz uçuş aparatlarını məhv etmək qabiliyyətinə malik olacağı da gözlənilir.

Bəxtiyar CƏFƏRLİ