Sudan Silahlı Qüvvələri müasir Rusiya qırıcı təyyarələri əldə etmək səylərini yeniləyib. Məqsəd ölkədə uzun sürən davam edən vətəndaş müharibəsində Sürətli Reaksiya Qüvvələrinin irəliləməsini dayandırmaqdır.
Herbiand.az bu barədə Military Africa-ya istinadən bildirir.
Məlumata görə, belə təyyarələrə marağın yenidən olması baş verən bir sıra yerüstü məğlubiyyətlərdən, o cümlədən Əl-Faşer şəhərinin itirilməsindən sonra başlayıb. Belə təyyarələrin alınması ilə ordu qüvvələri uzun mənzilli zərbə imkanlarını təmin etməyi planlaşdırır. Hazırda isə belə zərbə imkanları çatışmır. Çünki, Sudan Silahlı Qüvvələri 2023-cü ilin aprelində müharibənin əvvəlində təyyarələrinin əhəmiyyətli hissəsini itirib.
Lakin nəşr qeyd edir ki, ölkənin dağıdılmış iqtisadiyyatı və məhdud müdafiə büdcəsi belə qırıcı təyyarələrin alınmasını mümkünsüz edir. Bu təyyarələrin alınması yalnız hansısa əlavə şərtin qoyulmasından sonra baş tuta bilər.
Bəxtiyar CƏFƏRLİ