Ötən həftə ABŞ Hərbi Dəniz Qüvvələrində LCS 31 “Cleveland” sahil döyüş gəmisinin istismara verilməsi mərasimi keçirib.
Herbiand.az bildirir ki, bu, Fincantieri Marinette Marine şirkəti tərəfindən ABŞ donanmnası üçün inşa edilən 16-cı və sonuncu “Freedom” sinifli gəmidir.
Gəminin sınaqları 2025-ci ilin dekabrında başa çatıb.
“Freedom” sinifli gəmilərin su tutumu 2862 ton, uzunluğu 115,3 metr, eni 17,5 metrdir. Heyət 50 nəfərdən ibarətdir.
Bu sinif gəmilər 57 mm-lik Mk.110 top dəsti, RIM-116 zenit raketləri, 324 mm-lik torpedalar, 30 mm-lik toplar və 12,7 mm-lik pulemyotlarla silahlanıb. Gəmi həmçinin, iki MH-60R/S “Seahawk” helikopteri və MQ-8 “Fire Scout” helikopter tipli pilotsuz uçuş aparatı daşıya bilir.
Bəxtiyar CƏFƏRLİ