Advertisment

Ukraynanın “Flamingo” raketində Fransanın istiqamətləndirmə sistemindən istifadə olunur

Ukraynanın FP-5 “Flamingo” qanadlı raketi Fransanın Safran Electronics & Defense müdafiə şirkətinin istiqamətləndirmə sistemi ilə təchiz olunub.

Herbiand.az bildirir ki, bu barədə "Eurosatory 2026" beynəlxalq sərgisinin iştirakçıları və "Le Monde" qəzeti məlumat yayıb.

Mənbələrə görə, Fransa texnologiyası Ukrayna raketinə bir ildən çox əvvəl inteqrasiya olunub. Bundan əlavə, "Safran" öz törəmə şirkəti olan "Preligens" vasitəsilə Kiyevi naviqasiya sistemləri, optik-elektron komponentləri və əks-dron sistemləri, eləcə də kəşfiyyat və analitika ilə təmin edir. Bunun müqabilində Ukrayna onlardan "Mirage 2000" qırıcılarında istifadə üçün uyğunlaşdırılmış, eləcə də modernləşdirilmiş Sovet Su-25 və MiG-29 təyyarələri üçün AASM Hammer idarə olunan bombalar alır.

Bəxtiyar CƏFƏRLİ