Böyük Britaniya və Niderland yeni nəsil 8 desant gəmisi inşa etmək üçün 2,4 milyard funt sterlinq dəyərində müqavilə imzalayıblar.
Herbiand.az bildirir ki, müqavilə 7 iyulda Ankarada keçirilən NATO sammiti çərçivəsində imzalanıb.
160 metr uzunluğunda olan gəmilər qoşunları, texnika və avadanlıqları, o cümlədən dronları lazım olan yerlərə daşıyacaq. Onların uçuş göyərtələri mövcud və gələcək uzunmənzilli dronları və avtonom sistemləri yerləşdirmək üçün nəzərdə tutulub.
Bəxtiyar CƏFƏRLİ