Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) 60-dan çox millət vəkilinə qarşı istintaq hərəkətləri aparır.
Herbiand.az xəbər verir ki, bu barədə NABU-nun istintaq bölmələrindən birinin rəhbəri Aleksandr Abakumov Financial Times qəzetinə verdiyi müsahibədə açıqlayıb.
Onun sözlərinə görə, büronun ilkin diqqəti əsasən əvvəlki illərdəki korrupsiya işlərinə yönəlmişdisə, 2022-ci ilə qədər agentlik cinayətlərin törədildiyi anda qarşısını almaq üçün təcrübə toplamışdı. Abakumov vurğulayıb ki, müstəntiqlər istefalarını gözləmək əvəzinə, mövcud vəzifəli şəxslərlə işləməyə diqqət yetirirlər.
Korrupsiyaya qarşı mübarizə qurumlarının artan fəaliyyətinə münasibət bildirən Aİ-nin keçmiş diplomatı və hazırda R.Politik analitiki Balaj Jarabik qeyd edib ki, NABU formasında Damokl qılıncı artıq Ukrayna siyasi elitasının üzərində daimi olaraq asılıb.
Bəxtiyar CƏFƏRLİ