Azərbaycan Fələstin məsələsinə münasibətdə hər zaman həmrəylik nümayiş etdirərək bu problemin paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin Dövlətinin yaradılması və BMT-nin müvafiq qətnamə və qərarlarına uyğun olaraq iki dövlət prinsipi əsasında həllini dəstəkləyir.
Herbiand.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa ünvanlandığı təbrikdə bildirib.
“Biz bundan sonra da qardaş Fələstin xalqına humanitar dəstək göstərməyə davam edəcəyik”, - deyə dövlət başçısı qeyd edib.