Rusiya Silahlı Qüvvələri 2027-ci ilin əvvəlində yeni “Qeran-6” reaktiv mühərrikli dronlardan istifadə etməyə başlayacaq.
Herbiand.az bildirir ki, bu barədə Ukrayna mediası yazıb.
Təkmilləşdirilmiş kamikaze dronunun əsas xüsusiyyətlərindən biri 600 kiloqrama qədər ağırlığında döyüş başlığıdır. Ukrayna mediasına görə, cihaz dik ballistik trayektoriya boyunca hədəflərə hücum edə biləcək, onlara yüksək hündürlükdən yaxınlaşacaq. Onun yüksək sürətinin reaktiv mühərrik sistemi ilə təmin ediləcəyi gözlənilir.
Bundan əlavə, artan məsafə “Qeran-6”-nın Ukraynanın ucqar qərb bölgələri də daxil olmaqla, bütün hədəflərə çatmasına imkan verəcək.
Məlumata görə, yeni dronun dağıdıcı gücü taktiki raketlərin gücü ilə müqayisə edilə bilər.
Bəxtiyar CƏFƏRLİ