Advertisment

NATO admiralı: Qarşıdan gələn qış Ukrayna üçün həlledici olacaq

NATO-da qarşıdan gələn qış aylarında Ukraynaya lazımi dəstəyin veriləcəyi ilə bağlı əminlik yoxdur. Lakin alyans məhz bu dövrü vəziyyətin gələcək inkişafı üçün vacib hesab edir.

Herbiand.az xəbər verir ki, bu barədə Varşava Təhlükəsizlik Forumunda NATO Hərbi Komitəsinin sədri, admiral Cüzeppe Kavo Draqone bildirib.

O, növbəti dörd-beş ayın Kiyev üçün ciddi sınaq olacağını vurğulayıb: “Əgər Qərb müttəfiqləri qışda Ukraynanı dəstəkləyə və 2027-ci ilə qədər davam gətirməsinə imkan verərsə, bu, hadisələrin gələcək gedişatına əhəmiyyətli dərəcədə təsir göstərə bilər. Lakin NATO-nun bu vəzifənin öhdəsindən gələcəyinə əmin deyiləm”.

Admiral etiraf edib ki, Ukraynanın vəziyyəti ağır olaraq qalır: “Xüsusilə hava hücumlarından müdafiə üçün silah çatışmazlığından narahatam. Kiyevin təcili olaraq əlavə zenit sistemlərinə ehtiyacı var və qışın başlaması bu problemin əhəmiyyətini daha da artırır”.

Bəxtiyar CƏFƏRLİ