Advertisment

İsveç Polşa dənizçilərinə təlim keçəcək

İsveç Polşa sualtı qayıqları üçün heyətlərin təlimi və “Syodermanland” sualtı qayığının Polşa Hərbi Dəniz Qüvvələrinə icarəyə verilməsi ilə bağlı müqavilələrin hüquqi rəsmiləşdirilməsini başa çatdırıb.

Herbiand.az xəbər verir ki, bu müqavilələr Polşanın “Orka” proqramının bir hissəsi olaraq gələcəkdə yeni İsveç A26 sinifli (“Blekinge”) sualtı qayıqlarının təhvil verilməsi üçün yol açır.

İsveç Kral Hərbi Dəniz Qüvvələrindən bildirilib ki, Müdafiə Təchizatı Agentliyi və İsveç Hərbi Dəniz Qüvvələri Varşavanın üç “Blekinge” sinifli dizel-elektrik sualtı qayığı almasını nəzərdə tutan müvafiq sənədlər imzalayıblar.

Bəxtiyar CƏFƏRLİ