Xorvatiyanın İstriya bölgəsinin Bale yaşayış məntəqəsinin yaxınlığındakı ərazidə dünyada əvvəllər məlum olmayan sualtı dinozavra aid sümüklər aşkar edilib.
Herbiand.az bildirir ki, bu barədə Xorvatiyanın HRT radio və televiziyası məlumat verib.
Kanal qeyd edib ki, paleontoloqların fikrincə, Adriatik dənizində 1,5-6 metr dərinlikdə tapılan boyun onurğası, bel sümüyü və qabırğa parçaları əvvəllər məlum olmayan böyük, uzun boyunlu bitki mənşəli dinozavr növünə aiddir. Sümüklərin təxminən 130 milyon yaşı var.
Hazırda beynəlxalq alimlərdən ibarət qrup sümükləri dənizdən çıxarmaqla məşğuldur.
Bəxtiyar CƏFƏRLİ