Cənubi Koreyanın Hyundai Heavy Industries (HHI) şirkəti Filippin Hərbi Dəniz Qüvvələri üçün sifariş edilmiş altı OPV tipli patrul gəmisindən üçüncüsü olan “Rajah Humabon”u suya buraxıb.
Herbiand.az bildirir ki, mərasim şirkətin Ulsan şəhərindəki əsas gəmiqayırma zavodunda baş tutub.
Mərasimdə hər iki ölkənin yüksək vəzifəli diplomatik və hərbi liderləri iştirak ediblər.
Gəminin çatdırılması 2027-ci ilin fevral ayına planlaşdırılır.
Uzunluğu 94, eni 14 metr olan yeni gəmi Filippində dəniz vəziyyətinin öyrənilməsini və sahil müdafiəsini gücləndirmək üçün nəzərdə tutulub. Gəmi 76 mm-lik əsas top, 30 mm-lik ikinci dərəcəli top sistemi, tələ sistemləri, müşahidə radarı və elektro-optik izləmə avadanlığı da daxil olmaqla qabaqcıl müdafiə sistemləri ilə təchiz olunub.
Bəxtiyar CƏFƏRLİ