Advertisment

XİN: Azərbaycanın AQEM-ə sədrliyi dövründəki prioritetlər BƏƏ-nin baxışları ilə üst-üstə düşür

Azərbaycanın AQEM-ə sədrliyi dövründə müəyyənləşdirilən prioritetlər Birləşmiş Ərəb Əmirliklərinin baxışları və siyasət istiqamətləri ilə üst-üstə düşür.

Herbiand.az xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirliklərinin dövlət naziri Xəlifə bin Şahin Əl-Məharac AQEM-in 7-ci Zirvə Toplantısında çıxışı zamanı deyib.

Nazir Birləşmiş Ərəb Əmirliklərinin sülh və sabitliyin təşviqi, dialoq və əməkdaşlığın gücləndirilməsi, dövlətlərin suverenliyinə hörmət və çoxtərəfli əməkdaşlığın dəstəklənməsi istiqamətində fəaliyyəti davam etdirməyi seçdiyini və bu prinsiplərin, xüsusilə üzv dövlətlər arasında etimad və əməkdaşlığın qurulmasını, təhlükəsizlik və sabitliyin dəstəklənməsini, eləcə də regional və beynəlxalq problemlərin həlli üçün konstruktiv dialoqun və birgə fəaliyyətin təşviqini nəzərdə tutan AQEMA-nın məqsədləri ilə uzlaşdığinı vurğulayıb.

"7-ci sessiyasının gündəliyinə Azərbaycanın sədrliyi tərəfindən daxil edilmiş prioritet sahələrdə əməkdaşlığın gücləndirilməsini və növbəti sədrliyi dövründə bu prioritetlərin konstruktiv əməkdaşlığın praktiki istiqamətlərinə çevrilməsi üçün birgə səylərimizin davam etdirilməsini səbirsizliklə gözləyirik", - o qeyd edib.