Seaspan Shipyards gəmiqayırma zavodunda Kanada Sahil mühafizəsi üçün nəzərdə tutulmuş "İmnaryuaq" qütb buzqıran gəmisinin kil qoyma mərasimi keçirilib.
Herbiand.az xarici mətbuata istinadən bildirir ki, bu, gəminin tikintisində əhəmiyyətli bir mərhələdir.
Belə ki, gəmi Kanadanın Arktikadakı mövcudluğunu gücləndirəcək və şimal sularında il boyu əməliyyatları təmin edəcək. Onun 2030-cu illərin əvvəllərində istifadəyə verilməsi gözlənilir.
Gəminin uzunluğu 158, eni 28 metr olacaq. 100 nəfərə qədər heyət üçün nəzərdə tutulmuş gəmi dizel-elektrik mühərrik sistemi ilə təchiz olunacaq.
Bəxtiyar CƏFƏRLİ