Advertisment

Lavrov “3+3”-ün növbəti görüşünün Azərbaycanda, sonrakının isə Ermənistanda keçirilməsini düzgün hesab edir

Rusiya xarici işlər naziri Bakıda keçirdiyi mətbuat konfransında “3+3” regional əməkdaşlıq platforması haqqında danışıb.

Herbiand.az xəbər verir ki, o, üç Cənubi Qafqaz ölkəsini və onların üç “böyük qonşusunu” - Rusiya, İran və Türkiyəni əhatə edən "3+3" platformasını xatırladıb.

“Biz bir neçə dəfə görüşmüşük və hazırda Ermənistanla Azərbaycanın bu qrupun xarici işlər nazirlərinin növbəti görüşünü kimin keçirəcəyi barədə razılığa gəlməsini gözləyirik. Hesab edirəm ki, görüşü əvvəl Azərbaycanda, növbətisini isə İrəvanda keçirə bilərik. Bu, düzgün addım olardı”, - Rusiya XİN başçısı vurğulayıb.

Qeyd edək ki, bu formatda indiyədək üç görüş keçirilib. Görüşlər Moskva, Ankara və Tehranda baş tutub.