Advertisment

Keçmiş deputatın oğlunun ölümü ilə bağlı yeni faktlar üzə çıxdı

Rusiya Dövlət Dumasının keçmiş deputatı Dmitri Qudkovun vəfat etmiş oğlu İvan Qudkovla bağlı yeni məlumatlar üzə çıxıb. Herbiand.az xəbər verir ki, İvan ölümündən bir müddət əvvəl qumar oyunlarında külli miqdarda pul uduzub.

“Mash” telegram kanalında yayılan məlumata görə, İvan Qudkov şəxsi bloq aparıb, kazino oyunlarına maraq göstərib və kriptovalyuta ticarəti ilə məşğul olub. O, bir müddət əvvəl izləyiciləri arasında depozit uduşları ilə bağlı müsabiqə də təşkil edib.

Daha sonra gənc kazinoda böyük məbləğdə pul uduzduğunu etiraf edib. Bildirilir ki, onun qumar asılılığı ilə yanaşı, şəxsi problemləri də olub. Birjada riskli investisiyalar etməsi və psixoaktiv maddələrdən istifadə etməsi vəziyyətini daha da ağırlaşdırıb.

İvan bir dəfə izləyicilərinə həyatına son qoymaq niyyətində olduğunu açıqlasa da, həmin vaxt bu addımı atmayıb və fəaliyyətini davam etdirib.

İvan Qudkovun ölüm xəbərini oktyabrın 14-də atası, keçmiş deputat Dmitri Qudkov açıqlayıb. Onun sözlərinə görə, oğlu uzun müddət daxili psixoloji problemlərlə mübarizə aparıb.

Qeyd edək ki, Dmitri Qudkov Rusiyada xarici agent kimi tanınıb, həmçinin terrorçu və ekstremistlər siyahısına daxil edilib.

Aydın

Hebriand.az