Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edib.
Görüş Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə toplantısı çərçivəsində baş tutub.
Herbiand.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüşün təfərrüatları barədə hələlik məlumat verilməyib.
Qeyd edək ki, Hakan Fidan Zirvə toplantısında iştirak etmək üçün Bakıya səfər edib.