Rusiya “Tramp marşrutu”nda (TRIPP) iştirak etməyə hazırdır.
Herbiand.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıda keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bununla belə, Rusiya TRIPP layihəsində iştirakla bağlı müraciət almayıb.
Lavrov qeyd edib ki, bütün maraqlı tərəflər Rusiyanın imkanları və infrastruktur layihələrdə iştirak etmək istəyi barədə məlumatlıdır.
Lavrov onun da qeyd edib ki, Rusiya Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesini və Vaşinqtonda əldə olunan razılaşmanı alqışlayır.
“Rusiya regionda infrastruktur layihələrdə iştiraka hazır olduğunu dəfələrlə deyib. Rusiya Dəmir Yolları konsessiyaya malikdir və Cənub Qafqaz Dəmir Yolları çərçivəsində işləyir. Bütün bu infrastruktur bizə tanışdır. Bu infrastrukturu texnoloji cəhətdən Rusiya təmin edir. Hələlik biz Donald Tramp adına olan nəqliyyat marşrutu layihəsində iştirakla bağlı müraciət almamışıq. Lakin bizim imkanlar və hazırlığımız barədə bütün maraqlı tərəflər məlumatlıdırlar”, - Rusiya XİN rəhbəri vurğulayıb.