İstənilən ölkə Qərbin təşkil etdiyi rəngli inqilablar vasitəsilə hakimiyyətin dəyişdirilməsi cəhdləri ilə üzləşə bilər.
Herbiand.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
KTMT, MDB və ŞƏT-in Mərkəzi Asiya və Əfqanıstanda təhlükəsizlik məsələlərinə həsr olunmuş plenar iclasında çıxış edən Lavrov deyib ki, heç bir ölkə bu cür ssenarilərdən sığortalanmayıb. O, Qərbin digər ölkələrin daxili işlərinə müdaxiləsi və vəziyyəti pozmaq cəhdləri təhlükəsi barədə xəbərdarlıq edib.
Bəxtiyar CƏFƏRLİ