Advertisment

"Hər əlində mikrofon tutan jurnalist deyil" -Tanınmış jurnalist

“Qəzetçilik ənənələrindən xəbəri olmayan, qəzet redaksiyasında yetişməyən hər mikrofon tutanı jurnalist adlandırmaq olmaz”.

Herbiand.az xəbər verir ki, bunu Azərbaycan jurnalistlərinin IX qurultayında çıxışı zamanı jurnalist Aida Eyvazlı deyib.

O bildirib ki, jurnalistika böyük məsuliyyət, peşəkarlıq və vətənə sədaqət tələb edən şərəfli peşədir.

“Jurnalist əlində qələm Vətənini qorumalı, milli maraqların müdafiəsində dayanmalıdır”, – deyə o vurğulayıb.

Aida Eyvazlının sözlərinə görə, jurnalistikanın təməlində yaşlı nəslə, təcrübəli qələm sahiblərinə hörmət dayanmalıdır.

O, media nümayəndələrini həm düşüncədə, həm də əməldə birlik nümayiş etdirməyə çağırıb.

Jurnalist Türk dünyasının ortaq maraqlarının qorunmasının vacibliyini də xüsusi qeyd edib.

Aydın

Herbiand.az