ABŞ Zərbxanası 2026 maliyyə ili üçün rekord satışlar qeydə alaraq 1 milyard dolları keçib.
Herbiand.az bildirir ki, ABŞ Maliyyə Nazirliyi bu nailiyyətin Prezident Donald Trampın təsvir olunduğu sikkə sayəsində əldə edildiyini açıqlayıb.
"20 ildən çox müddətdə qeydə alınan bu rekord, Prezident Donald Trampın təsvir olunduğu 1 dollarlıq sikkəyə olan güclü tələbat sayəsində əldə edildi", - nazirlik X sosial şəbəkəsində bildirib.
Qeyd edək ki, xatirə 1 dollarlıq sikkə sentyabr ayında ABŞ müstəqilliyinin 250 illiyini qeyd etmək üçün buraxılıb. Üz tərəfində Donald Trampın portreti, arxa tərəfində isə prezidentin möhürü var.
Bəxtiyar CƏFƏRLİ