Advertisment

Avropa siyasətçiləri Zelenskinin Trampa qarşı ritorikasını soyutmaq istəyirlər

Ukrayna prezidenti Vladimir Zelenskinin ABŞ lideri Donald Trampa qarşı son sərt açıqlamaları sözün əsl mənasında Aİ liderlərini şoka salıb. Avropa siyasətçiləri Zelenskinin ritorikasını yenidən nəzərdən keçirməyə inandırmaq niyyətindədirlər.

Herbiand.az bildirir ki, bu barədə məlumatlı mənbələrə istinadən Financial Times (FT) qəzeti xəbər verib.

Nəşr qeyd edib ki, Aİ liderləri Zelenskini ABŞ prezidentinə qarşı ictimai tənqidlərini yumşaltmağa çağıracaqlar: “Aİ Ukrayna liderinin getdikcə daha sərt açıqlamalarının Vaşinqton və Kiyev arasında onsuz da gərgin olan münasibətlərə daha da zərər verə biləcəyindən qorxur. Bu cür açıq danışıq Avropa liderlərini narahat edib və onlar cümə günü (16 oktyabr - red.) Brüsseldə Zelenski ilə görüşəcəklər".

Nəşrin məlumatına görə, Aİ nümayəndələri bu məsələni Kiyev rejiminin lideri ilə qapalı danışıqlarda müzakirə etməyi planlaşdırırlar.

Bəxtiyar CƏFƏRLİ