Advertisment

“Jurnalistlərin bir araya gəlməsi üçün məkan yaradılmalıdır”-Baş redaktor

“Azərbaycan” nəşriyyatının təmirə bağlanması jurnalistlərin və redaksiyaların fəaliyyətində müəyyən çətinliklər yaradıb.

Herbiand.az xəbər verir ki, bunu “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili Azərbaycan jurnalistlərinin IX qurultayında çıxışı zamanı deyib.

O bildirib ki, hazırdahazırda redaksiyalar müxtəlif ünvanlarda icarəyə götürülmüş ofislərdə fəaliyyət göstərirlər.

Baş redaktorun sözlərinə görə, jurnalistlərin bir araya gəlməsi, mətbuat konfranslarının və digər tədbirlərin keçirilməsi üçün münasib məkan yoxdur.

Asif Mərzili əvvəllər fəaliyyət göstərən Beynəlxalq Mətbuat Mərkəzinin (BMM) də bağlandığını xatırladıb.

O, redaksiyaların müxtəlif ünvanlara səpələndiyini, jurnalistlərin bir-birinin harada fəaliyyət göstərdiyindən belə xəbərsiz olduğunu vurğulayıb.

Baş redaktor jurnalistlərin mütəmadi toplaşması, fikir mübadiləsi aparması və birgə tədbirlər keçirməsi üçün vahid məkanın yaradılmasını vacib sayıb.

Aydın

Herbiand.az