ABŞ ordusu İranla münaqişədə ehtiyatlar tükəndiyindən 2026-cı ildə Pentaqonun adi müqavilə bildirişi olmadan təxminən 550 milyon dollar dəyərində uzun mənzilli PrSM baza raketləri alıb.
Herbiand.az bildirir ki, bu barədə Pentaqonun satınalma sənədlərində qeyd olunub.
Avqust ayında mətbuatda müdafiə mənbələrinə istinadən bildirilmişdi ki, ABŞ İrana qarşı beş aylıq döyüş əməliyyatları zamanı uzun mənzilli PrSM və ATACMS raketlərinin ehtiyatlarını faktiki olaraq tükəndirib. İstifadə olunan raketlərin dəqiq sayı açıqlanmayıb.
PrSM raketinin istehsal dövrü təxminən üç il çəkir, ona görə də yeni partiyanın tədarükünə yalnız 2028-ci ilin sonlarında başlaması gözlənilir.
Bəxtiyar CƏFƏRLİ