Serbiyada parlament seçkilərində qalib gələn “Tələbə siyahısı” hərəkatının deputatlığa namizədi, professor Deyan Radivoyeviç Rusiyadan qaz tədarükü ilə bağlı uzunmüddətli müqavilənin imzalanmasını təklif edib.
O bildirib ki, Serbiya 2026-cı il dekabrın 31-də başa çatacaq hazırkı sazişdən sonra Rusiya ilə yeni, çoxillik müqavilə bağlamağa çalışmalıdır.
Radivoyeviçin sözlərinə görə, müqavilənin hər dəfə qısa müddətə uzadılması ölkənin enerji təhlükəsizliyi və iqtisadi planlaşdırılması baxımından qeyri-müəyyənlik yaradır.
O, yeni sazişin, məsələn, üç il müddətinə nəzərdə tutulmasını təklif edib. Professor qeyd edib ki, sənəddə qazın tədarük müddəti, həcmi, qiyməti və çatdırılma qrafiki dəqiq göstərilməlidir.
Xatırladaq ki, Serbiyada parlament seçkiləri oktyabrın 25-də keçirilib və Aleksandr Vuçiçin keçmişdə rəhbərlik etdiyi siyasi qüvvə müxalif “Tələbə siyahısı” hərəkatına məğlub olub.
Moskvada isə hakimiyyət dəyişikliyinin Rusiya ilə Serbiya arasında qarşılıqlı faydalı münasibətlərə mane olmayacağına ümid edirlər.
Aydın