İtaliyalı dünya şöhrətlli kinorejissor Tinto Brass 93 yaşında Romada vəfat edib. Herbiand.az xəbər verir ki, bu barədə ANSA agentliyi rejissorun ailə üzvlərinə istinadən məlumat yayıb.
Qeyd edək ki, rejissor “Kaliqula”, “Kitti salonu” və “Miranda” kimi filmləri ilə dünya şöhrəti qazanıb.
1933-cü il martın 26-da Milanda anadan olan Brass gənclik illərində hüquq təhsili alsa da, sonradan həyatını kinoya həsr edib.
O, yaradıcılığa müxtəlif janrlarda filmlər çəkməklə başlayıb, lakin daha çox erotik filmləri ilə tanınıb.
1979-cu ildə ekranlaşdırılan “Kaliqula” filmi rejissora beynəlxalq şöhrət gətirib, lakin filmin montajı zamanı prodüserlə yaşadığı fikir ayrılığı səbəbindən Brass ekranlara çıxan versiyanı öz işi hesab etməyib.
Rejissor son illərdə səhhətində yaranan problemlərə görə ictimaiyyət qarşısına nadir hallarda çıxırdı.
Onun dəfn mərasiminin ailə üzvlərinin iştirakı ilə, qapalı şəkildə keçiriləcəyi bildirilib.
Aydın